• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3171
— 12.07.2016 13:43

Sənaye müəssisələrində tuallantıların minimallaşdırılması əsas hədəfdir

Avropa Komissiyasının təsis etdiyi “Ətraf mühit və artım üzrə tərəfdaşlıq proqramı” Azərbaycan və digər Şərq tərəfdaşlığı ölkələrinin hökumətlərinə yaşıl iqtisadiyyata keçid üçün dəstək göstərir. Azərbaycanın müxtəlif bölgələrində təşkil olunan tədbirlərdə kiçik və orta biznes nümayəndələri, sənaye müəssisələri hədəf kimi seçilib. Gəncədə "Resurs səmərəliliyi və daha təmiz istehsal: “Sənaye müəssisələrində tuallantıların minimallaşdırılması" mövzusunda keçirilən növbəti forumda müəssisənin məhsuldarlığının artırılması və ətraf mühitə olan təsirlərin minimuma endirilməsi müzakirə edilib.

Jalə Qurbanova