• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3153
— 12.07.2016 13:47

Gəncədə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı müzakirə edilib

Konfransda Bakı Baynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları, kitabın redaksiya heyətinin üzvləri, Gəncə şəhər  və ətraf rayonların  Mədəniyyət və Turizm şöbələrinin rəhbərləri iştirak edib. 160-a yaxın iştirakçının qatıldığı konfransda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərində yer alan birlik, bərabərlik və qardaşlıq mesajlarına diqqət çəkilib. Tədbir zamanı “Multikulturalizm ili” çərçivəsində görülən işlər, reallaşdırılan layihələr də müzakirə olunub.

Yadigar Məmmədli- Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşı: "Məqsəd burda mədəniyyət işçilərini, kitabxana işçilərini bir araya toplayaraq diskussiya aparmaq, kitabın yaranma səbəblərini müzakirə etmək və bu sahədə onların fikirlərini almaqdır".

Gülnar Fazilqızı