• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3114
— 11.07.2016 15:26

“Gənclər dini radikalizm və ekstremizmə qarşıdır”

"Azərbaycan gəncliyi multikulturalizmi ölkəmizdə həyat tərzi kimi qəbul edib". Bu fikirlər Gəncədə "Gənclər dini radikalizm və ekstremizmə qarşıdır" mövzusunda keçirilən maarifləndirici konfransda səslənib. Şəhər ictimaiyyəti, tələbə və gənclər, QHT və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə nümayəndələrinin qatıldığı tədbirdə din pərdəsi altında radikal məqsədlərə xidmət edənlərin əməlləri pislənilib. Azərbaycan dövlətinin yürütdüyü multikulturalizm siyasətinə dəstək ifadə olunub.

Fərid Şahbazlı- "İslahatçı Gənclər" İB-nin sədri: "Məqsəd dünyada sürətlə yayılmaqda olan radikalizm, ekstremizm cəhdlərinə qarşı gənclərin maarifləndirmə yolu ilə mübarizəsini təşkil etməkdir. Layihə çərçivəsində bir çox regionlarda Azərbaycandakı multikulturalizm siyasəti, dini durumla bağlı konfranslar təşkil olunub, maarifləndirici videoçarxlar hazırlanıb, eyni zamanda sosial şəbəkələrin verdiyi imkanlardan faydalanmaqla Azərbaycan gənclərinə dinin əsl mahiyyətinin ifadə edən məlumatlar çatdırılıb".

Xəyalə Mürsəl