• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3215
— 11.07.2016 12:10

Şəmkirdə gənclər üçün yay düşərgəsi təşkil olunub

Şəmkir rayonun Çənlibel kəndində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə iyulun 8-dən 15-dək “Çənlibel” 9-cu yay “Liderlik məktəbi” layihəsi keçirilir. Düşərgədə 100-ə yaxın iştirakçı ilk dəfə olaraq açıq havada qurulan çadırlarda qalırlar. Liderlik məktəbinin iştirakçıları 4 komandaya bölünüb, müxtəlif təlimlərdə iştirak edirlər. Gənclər üçün sosial gecələr də keçiriləcək. Yay Liderlik Məktəbində bütün ali və orta ixtisas təhsili müəssisələrinin 1 və 2-ci kurs tələbələri iştirak edir.

Natiq Hüseyn