• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3079
— 11.07.2016 07:41

Samux və Şəmkirə yağan güclü dolu fəsadlar yaradıb

Bu gün səhər saatlarında Samux rayonunun Eldar zonasına dolu yağıb, kənd təsərrüfatına ziyan dəyib. Axşam saatlarından başlayaraq rayon ərazisində müşahidə olunan güclü külək isə yaşayış məntəqələrində elektrik xətlərində problemlər yaradıb. Bəzi kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb. Samux Elektrik Şəbəkəsindən verilən məlumata görə, daha çox fəsadlar rayonun ən ucqar yaşayış məntəqəsi - Burunqovaq kəndində müşahidə olunub.

Ötən gün axşam saatlarından Şəmkirdə başlayan güclü külək nəticəsində də elektrik naqilləri sıradan çıxıb, 10 kəndə elektrik enerjisinin verilişində fasilə yaranıb. Bu gün səhər saatlarından başlayaraq rayonun dağ kəndlərinə güclü dolu yağıb. Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, küləyin təsiri nəticəsində elektrik verilişində yaranan problem aradan qaldırılıb.

Natiq Hüseyn

Elnur Vahidoğlu