• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2958
— 09.07.2016 16:02

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Gəncədə olub

O, Şah Abbas Cümə Məscidində, Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində və “İmamzadə” Dini Memarlıq Kompleksində din xadimləri ilə görüşüb, onların problemləri ilə maraqlanıb. Dini mövzularda müzakirələr aparılıb, dövlət müşaviri ona ünvanlanan sualları cavablandırıb. Azərbaycanın multikultural dəyərlərə sahib bir ölkə olduğu vurğulanıb.

Kamal Abdulla- Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri: "Bu gün Gəncə dindarları ilə birgəyik. Əlamətdar cəhətlərdən biri də odur ki, burada Gəncə və ərtaf bölgələrin müsəlmanları ilə birgə eyni zamanda rus-pravoslavlar, yəhudilər və digər dini icmaların nümayəndələri də, xanımlar, müxtəlif məscidlərin axundları da iştirak edirdi. Çox dəyərli fikirlər səsləndirildi, maraqlı müzakirələr aparıldı".

Vüsalə Camal