• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3119
— 09.07.2016 15:56

Gəncədə “Qafqaz regionunda könüllülük sahəsində Avropa təcrübəsi” beynəlxalq layihəsinə başlanılıb

Gəncə şəhərində "Qafqaz regionunda könüllülük sahəsində Avropa təcrübəsi" beynəlxalq layihəsinə start verilib. İyulun 13-nə qədər davam edəcək təlimlərdə Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, İtaliya, Almaniya, İspaniya, Türkiyə, Latviya və Rumıniyanı təmsil edən gənclər iştirak edir. Beynəlxalq layihə Avropa birliyi, Şərqi Avropa və Qafqaz ölkələrindən olan gəncləri bir araya gətirməklə ölkəmizdə könüllülük hərəkatını təşviq edir. Məqsəd dünyada könüllülük işi sahəsində fəaliyyət göstərən gənclər təşkilatlarının təcrübəsinin Qafqaz regionu gənclərinə aşılanması, "Gəncə Gənclər Paytaxtı 2016" kampaniyası çərçivəsində könüllülük işinin təbliğidir.

Vüsalə Camal