• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1907
— 09.07.2016 13:12

Belarus gəncləri Şəmkir Heydər Əliyev mərkəzində olublar

"Belarus gəncləri günləri" çərçivəsində Azərbaycanın gənclər paytaxtı Şəmkirə səfər edən qonaqlar, rayonun Heydər Əliyev mərkəzi ilə tanış olublar. “Gənclər siyasəti sahəsində Belarus-Azərbaycan əməkdaşlığının perspektivləri" mövzusunda dəyirmi masa da keçirilib. Gənclər və İdman nazirinin müavini İntiqam Babayev ölkəmizdə dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb. Tədbir qarşılıqlı diskussiya şəklində davam edib. İki ölkə gəncləri arasında gələcək planlar müzakirə olunub.

İntiqam Babayev- Gənclər və İdman nazirinin müavini: “Əsas hədəflərdən biri də odur ki, bu günlər çərçivəsində iki ölkədə həyata keçirilən gənclər siyasəti sahəsində fikir və təcrübə mübadiləsi həyata keçirilsin. Eyni zamanda, aidiyyatı gənclər təşkilatları arasında əlavə əlaqələrin formalaşması üçün şərait yaradılsın”.

Natiq Hüseyn