• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3046
— 08.07.2016 15:03

ADAU-da Məmmədtağı Cəfərovun xatirəsi anılıb

Bu gün tanınmış torpaqşünas alim Məmmədtağı Cəfərovun 80 illiyidir. Bu münasibətlə, uzun illər rektor kimi çalışdığı Azərbaycan Dövlət Aqrar Universitetində professorun xatirəsi anılıb. Məmmədtağı Cəfərov aqrokimya və torpaqşünaslığın müasir problemlərinin araşdırılması, müxtəlif torpaq-iqlim zonalarında intensiv əkinçilik şəraitində torpaqdan səmərəli istifadə və onun münbitliyinin yüksəldilməsi işinə xüsusi töhfələr verib. Akademik 200-ə yaxın elmi əsərin müəllifidir.

Aidə Ramizqızı