• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3030
— 08.07.2016 15:18

Şəmkirdə Azərbaycan və Belarus gəncləri arasında əməkdaşlıq sazişi imzalanıb

Azərbaycanda "Belarus Gəncləri Günləri"nə start verilib. Bu münasibətlə layihə iştirakçıları Azərbaycanın gənclər paytaxtı Şəmkirdə olublar. Hər iki ölkənin gənc nümayəndələri şəhərin Gənclər Mərkəzində gənc sənətkarların dekorativ-tətbiqi sənət sərgisilə tanış olublar. Daha sonra Şəmkir Gənclər Mərkəzilə Nevzis şəhər Gənclik Mərkəzi arasında əməkdaşlıq sazişi imzalanıb. Məqsəd gənclər siyasəti ilə bağlı təcrübə mübadiləsi aparmaq, tələbə təşkilatları arasında əlaqələr yaratmaqdır.

Natalya Pşeniçnaya- Belarus Təhsil Nazirliyinin İdarə rəhbəri: "Əsas prioritetlərimiz oxşardır. Hər iki ölkə gəncləri arasında vətəndaşlıq hissi, vətənpərvər keyfiyyətlərin formalaşmasına üstünlük veririk. Çünki, milli ruha köklənmiş gənc nəsil  dünya ölkələrilə daha yaxşı əlaqələr qura bilir".  

Xəyalə Mürsəl