• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3103
— 08.07.2016 11:20

“ASAN” könüllüləri Daşkəsəndə parlament yaratdı

Daşkəsəndə “ASAN” könüllüləri təşkilatının dəstəyi ilə "Könüllülər Parlamenti-Azərbaycan" layihəsinə start verilib. 3 gün davam edəcək layihənin məqsədi gəncliyin vətəndaş mövqeyini konstruktiv şəkildə bildirməsini stimullaşdırmaqdır. Layihə çərçivəsində könüllülülər siyasi xadimlər, dövlət və hökumət rəsmləri, eləcə də millət vəkilləri ilə  görüşəcək. Hər bir könüllü özünü bir millət vəkili kimi sınayacaq.

İntiqam Babayev- Gənclər və idman nazirinin müavini: “Bu layihə ölkə daxilində qanunvericiliyin formalaşması gənclərin düşüncəsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Məsələn, Milli Məclisin üzvləri hansısa bir qanunu qəbul edirlər. Bugünkü gənclərdə bu barədə fikir mübadiləsi aparacaqlar. Gələcəkdə ola bilsin ki, həmin bu gənclərdən hansılarsa Milli Məclisə seciləcək və həmin fəaliyyətdə iştirak edəcək”.

Natiq Hüseyn