• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3092
— 07.07.2016 13:36

Xüsusi turizm zonaları yaradılır

Azərbaycana turistlərin marağının artırılması ilə əlaqədar xüsusi turizm zonalarının yaradılması məsələsi aktuallaşıb. İqtisadiyyat Nazirliyindən bildirilir ki, xüsusi zonalar əsasən Xəzər dənizinin ətrafında yaradılacaq. Burada çimərlik turizminin inkişafı və bütün turizm infrastrukturunun daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Bununla da sahibkarlar üçün yeni imkanlar yaranacaq. Mütəxəssislər hesab edirlər ki, kiçik sahibkarlığın dəstəklənməsi, vergi güzəştlərinin tətbiq olunması bu sahəyə zamanla öz töhfəsini verəcək. Amma rəqabətqabiliyyətli turizm xidmətlərinin daha əlverişli qiymətlə, məhsulun maya dəyərinə təsir edən amilin aradan qaldırılması yolu ilə müxtəlif bazarlara təklifi sıçrayışa səbəb ola bilər.

Ruslan Quliyev- turizm üzrə mütəxəssis (Naftalan): "Bölgələrdə minimal - 200 otaqdan ibarət olan, 2 və 3 ulduzlu ekonom mehmanxanaların tikilməsinə böyük ehtiyac var. Onların qiymət həddi də münasib olmalıdır. Həmin otellərə aid paketləri aviabiletlə birgə təqdim etdikdə, dünyada kütləvi turizm üçün xas olan qiymət diapazonunu aşmamalıdır".

Xəyalə Mürsəl