• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2946
— 07.07.2016 13:28

Qərb bölgəsində ekoloji yay düşərgəsi təşkil olunub

Goranboy, Samux, Qax və Şəki rayonlarından 70-dən çox məktəblinin iştirak etdiyi "Ceyranları qoruyaq!" adlı düşərgə iştirakçıları sabah Göygöl rayonunda olacaqlar. Komanda təşkil edilərkən bilogiya, təbiət fənnləri üzrə fəal olan 8-9-cu  sinif şagirdlərinə üstünlük verilib. "Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə qaytarılması" proqramına 2010-cu ildən  start verilib. Bu illər ərzində 150 ceyran Şirvan Milli Parkından Azərbaycan və Gürcüstandakı tarixən məskunlaşdıqları ərazilərə köçürülüb. İDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi və Təhsil Nazirliyi tərəfindən ərtaf mühit və biomüxtəliflik mövzusunda düşərgələr hər il təşkil olunur.

Nəzakət İsayeva- İDEA İB-nin mütəxəssisi: "Əsas məqsədimiz ceyranların reintroduksiya oldunduğu ərazilərə yaxın yaşayan şagirdləri ceyranlarla bağlı ətraflı məlumatlandırmaq, ekologiyası, yaşayış tərzi, yayıldığı ərazilər və təbiətdə ceyranların rolu haqda geniş məlumat verməkdir”.

Vüsalə Camal