• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1697
— 20.10.2014 20:42

FİFA-nın oktyabrın 23-də açıqlayacağı milli komandaların növbəti reytinq cədvəli indidən bəllidir

Bu ay baş tutan görüşlər təxmini siyahıda böyük dəyişikliklərlə nəticələnib. Buna yığmaların iştirakı ilə keçirilən əksər qarşılaşmaların seçmə xarakterli olmasıdı.

Hesabat dövründə 3 oyun keçirən Azərbaycan yığmasının da mövqeyində ciddi dəyişiklik olub. AVRO-2016-nın seçmə mərhələsində əvvəl İtaliyaya 1:2, ardınca Xorvatiyaya 0:6 məğlub olan komandamız 111 xal itirib. Bu itki 31 pillə geriləməklə nəticələnib.

Millimiz indi siyahıda 126-cı yerdədi. Lüksemburqla şərik olan komandamız hokkey ölkəsi olan Kanadadan da, Livan və Ekvatorial Qvineya kimi yığmalardan da geri qalır.

İlk “onluğ”un tərkibində də dəyişikliklər olub. Belə ki, Portuqaliya İsveçrəni 10 ən güclü arasından sıxışdıraraq kənara çıxarıb. İlk 3 komandanın mövqeyi isə dəyişməz qalıb.

Qeyd edək ki, qonşu Türkiyə yığması isə 614 xalla 46-cıdi. “Ay-ulduzlular” 8 pillə geriləyib.

İlk “onluq”

1 (1). Almaniya – 1669
2 (2). Argentina – 1565
3 (3). Kolumbiya – 1420
4 (5). Belçika – 1388
5 (4). Hollandiya - 1375
6 (6). Braziliya – 1307
7 (9). Fransa – 1191
8 (7). Uruqvay – 1184

9 (11). Portuqaliya - 1175
10 (8). İspaniya - 1119