• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1666
— 20.10.2014 20:41

Xasavyurt şəhərində keçirilən sərbəst güləş üzrə sayca 6-cı “Qitələrarası Kubok” beynəlxalq turniri başa çatıb

Yarışda iştirak edən yığma komandamızın üzvləri 2 gümüş və 1 bürünc medala sahib olub.

Məşqçilər David Kurtsiya və Saypulla Absaidovun rəhbərliyi altında Xasavyurtda mübarizə aparan güləşçilərimizdən Məhəmməd Müslümov (65 kq)  və Aleksandr Qostiyev (86 kq) finala qədər inamlı təsir bağışlayıb. Ancaq finalda qələbəni əldən verən təmsilçilərimiz gümüş medalla kifayətlənib. 

Bürünc medalı isə, yığmamıza 74 kq çəkidə mübarizə aparan Cəbrayıl Həsənov qazandırıb. 

65 kq-da mübarizə aparan Ağahüseyn Mustafayev və 125 kq çəkidə təmsilçimiz Cəmaləddin Məhəmmədov həlledici görüşdə uduzaraq turniri 5-ci sırada tamamlayıb. 

Bundan başqa, beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Xanmirzə Məlikəliyev, Rövşən Azadov və Əbdul Nuriyev görüşlərin idarə olunmasında ölkəmizi təmsil edib.