• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1527
— 02.07.2016 10:09

Motosikl həvəskarları…

3 fərqli peşəyə məxsus insanı motosikl sevgisi birləşdirir. Onlar kimi geyinmək məcburi deyil, hətta kostyumla belə bayk sürməkdən həzz alamaq olar. Bu üçlüyün motosikl sevgisinin özünəməxsus tarixçəsi var. Kimisi ailədə görüb, kimisinin uşaqlıq arzusu olub, kimisində isə rok musiqi qrupunda çıxış edərkən həvəs yaranıb. Təsədüfən Volqaqrad rok musiqi qrupunu dəvət alan Alekseyə orda motosiklet sürmək təklif edilir və beləliklə, onda sürət və macəra sevgisi formalaşır.

Motosikl həvəskarı:  “Motosiklla tanış olduqdan sonra mənim üçün tamam fərqli bir həyat yolu açıldı. Əvvəlcə  beynimdəki bayk növünü axtarmağa başladım və buna 3 il əvvəl nail oldum. İndi isə ondan həzz alıram. Düşünürəm ki, motosikl yeganə nəqliyyat vasitəsidir ki, insanı əyləndirməyə xidmət edir”.

Lakin təəssüf ki, bu əyləncəli nəqliyyat vasitəsi bəzən çox təhlükəli olur. Statistika göstərir ki, digər nəqliyyat vasitələrinə nisbətən motosikletdə ölüm və yaralanma halları daha çoxdur. Buna ən çox baykerlərin özləri səbəb olsalar da, bəzən avtomobil sürücüləri də etinasız yanaşırlar.

Nəqliyyat mütəxəsisi: “Baykerlər düşünməlidirlər ki, ikitəkərli nəqliyyatlarda daha çox ehtiyatlı olmaq lazımdır. Ona görə də, daim yüksək sürətlə hərəkət etmək olmaz. İstənilən yerdə manevr və ya əyləci basmaq da bura daxildir”.

Qeyd edək ki, bir çox motosikletsevərlər qanunlara tabe olmurlar. Bu gecə keçirilən reyddə də ona yaxın qanun pozuntusuna rast gəlinib. Ən çox rast gəlinən isə sürücülərin öz motosikeltlərini dövlət qeydiyyatına aldırmamalarıdır. Buna səbəb isə, Həştərxan vilayətində nəqliyyat vasitəsinin qeydə alınması, sığortalanması və texniki baxışın qiyməti yazılan cərimələrdən qat-qat yüksək olmasıdır. Ona görə də, sürücülər bu məsuliyyətdən boyun qaçırırlar. Daha böyük təhlükə isə içkili və ya yüksək sürətlə idarə etmədir. Nəticədə motosikl həvəskarları sürücülük vəsiqəsi və nəqliyyat vasutəsini idarə etməkdən müəyyən müddətlik məhrum oluna bilərlər.

Bayker:  “Bəziləri digər yol hərəkətı iştirakçılarını düşünmürlər. Onların aqibətlərini fikirləşmirlər. Bunun özü isə ən böyük məsuliyyətsizlikdir”.

Hər bir motosiklsevər qaydalara riayət etməklə həm özünün, həm də başqalarının təhlükəsizliyini təmin edir. Ona görə də, motosikl seçməzdən əvvəl hamı düşünməlidir ki, bu qaydalara əməl edə biləcək ya yox?!

Eşqin Zahid