• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1298
— 20.10.2014 17:23

Gəncədə bankomatdan pul oğurlamağa cəhd edən şəxs tutulub

Məlumata görə, oktyabrın 19-da Gəncə şəhər Mühafizə İdarəsi əməkdaşları tərəfindən şəhərin Azərbaycan küçəsindəki “Azərpoçt” MMC-nin Filialından daxil olmuş həyəcan siqnalı yoxlanılarkən oranın giriş qapısına müdaxilə olunması faktı aşkar edilib. Oradakı bankomatdan oğurluğa cəhd göstərmiş şəhər sakini Orxan Abbaszadə saxlanılaraq Kəpəz Rayon Polis İdarəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır