• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3769
— 27.06.2016 16:03

Avropanın Gənclər Paytaxtında Region Gənclərinin inkişafına dəstək forumu öz işinə başlayıb

İki gün davam edəcək forum "Sağlam Gəncliyə Doğru" İctimai Birliyinin təşkilatçılığı, Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşır. Ümumilikdə 120-dən artıq gənci bir araya yığan tədbirin  məqsədi gənclər və tələbələr arasında bilik mübadiləsinin aparılması, region gənclərinin fəallığı, düzgün qərar qəbul etmə keyfiyyətlərinin artırılması və onların şəbəkələşmə prosesinə təkan verməkdir. Layihə çərçivəsində gənclərə "ictimai sektor nədir?", "gəncin cəmiyyətin inkişafında rolu", "təşkilatlanma", "fəal gənclərin qeyri-hökümət təşkilatlarına cəlb olunması" mövzuları ətrafında müzakirələr aparılır.

Turqay Həsənquliyev -"Sağlam Gəncliyə Doğru" İctimai Birliyinin sədri: "Bu gün layihənin rəsmi açılışıdır. Rəsmi açılışdan sonra panellər müzakirə olunacaq. Panellərdə ictimai aktivliklə bağlı uğur qazanmış gənclərin çıxışları olacaq. Sabah isə təlimçilər tərəfindən təlimlər davam etdiriləcək".

Gülnar Fazilqızı