Bu günə xəbərlərin oxunma sayı: 687
— 27.06.2016 11:13

Bayram Salamovun sərgisi keçiriləcək

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Rusiyada yaşayan azərbaycanlı rəssam Bayram Salamovun fərdi yaradıcılıq sərgisi keçiriləcək. Sərginin açılış mərasimi 5 iyul saat 17:30-da olacaq.

Bayram Salamov 1989-cu ildə Bakıda keçirilən “Novruz-89” sərgisində iştirak etməklə əsərlərini nümayiş etdirməyə başlayıb. 1990-cı ildən Rusiyanın Tolyatti şəhərində yaşayır. O, 1994-cü ildən müntəzəm olaraq öz fərdi sərgilərini keçirir. Rəssamın yaradıcılığı çoxşaxəli, əsərlərinin mövzuları isə müxtəlifdir. İşlədiyi mənzərə, natürmort, süjetli kompozisiya, portret janrlarında sənətkarın fərdi tərzi həmişə özünü göstərir. Bayram Salamov Rusiya Federasiyasının hüdudları xaricində Samara vilayətini təmsil edib. 2002-ci ildə Çexiyada və Kiprdə sərgiləri keçirilib.

Mehman Abbaszadə