• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 4177
— 24.06.2016 11:58

Şəmkirdə “Maral bağı” açılıb

Şəmkirdə ekoturizmin inkişafı baxımından mühüm addım atılıb. Rayonda "Maral bağı" istifadəyə verilib. Bağda Rusiyanın Altay vilayətindən gətirilən 60 baş maral Çənlibel kəndinin meşə ərazisində ayrılan 100 hektar sahədə bəslənilir. Maralların sağlam böyüməsi və yırtıcılardan qorunması üçün ərazi tam çəpərlənib. Gələcəkdə heyvanların baş sayının artırılması da nəzərdə tutulub. Peşə bayramı günü belə bir bağın istifadəyə verilməsində bir araya gələn dövlət qulluqçuları rayonda 500-dən çox dövlət qulluqçusunun çalışdığına, son illər 50-yə yaxın gəncin bu sıralara daxil edildiyinə diqqət çəkiblər. 9 dövlət qulluqçusu orden və medallarla təltif edilib. Tədbirdə bir qrup dövlət qulluqçusu fəxri fərman və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Natiq Hüseyn