Bu günə xəbərlərin oxunma sayı: 1118
— 22.06.2016 18:22

Bakıda yarılan evdən xeyli qızıl və pul apardılar

Bakı şəhəri, Suraxanı rayonunda mənzildən oğurluq olub. Qaraçuxur qəsəbəsi, Şərq küçəsində yaşayan 78 yaşlı Cahangir Əliyevə məxsus mənzilin qapısının kilidi sındırılıb. Mənzildən 70 min ABŞ dolları, 30 min manat dəyərində qızıl-zinət əşyaları və evin çıxarış sənədi oğurlanıb. Faktla bağlı araşdırma aparılır.

İlham Məmmədzadə