Bu günə xəbərlərin oxunma sayı: 1120
— 21.06.2016 17:24

Salyanda xəstəxanada yeni dünyaya gələn üçəmlərdən ikisinin ölməsi və bunun elektrik enerjisinin kəsilməsi ilə əlaqələndirilməsi ölkə gündəmini zəbt edib

Bunu səbəb kimi gətirənlərə Səhiyyə Nazirliyi informasiyanın yalan və işığın kəsilməsi ilə heç bir əlaqəsi olmadığıni açıqlayıb. Əməkdaşımız Salyan rayonunun doğum şöbəsində olub körpələrin ölümünün səbəblərini öyrənməyə çalışıb.Hadisə Salyan Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Ötən gün axşam saatlarında Salyan şəhəri, Həsən Məmmədov küçəsi ev 6-da yaşayan 21 yaşlı Mirzabitə Abdullayeva Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə gətirilib. Axşam saat 22:15 radələrində ana hər biri oğlan olmaqla üçəm körpə dünyaya gətirib. Aralarında 5 dəqiqə vaxtla keçən doğuş normal başa çatıb. Yaxınlarının iddia etdiklərinə görə, uşaqlar dünyaya gəldikdən 30 dəqiqə sonra işıqlar söndürülüb. O vaxta kimi körpələrin səhhətində heç bir problem olmayıb. İşıqlar söndürüldükdən sonra doğuş şəbəsində generatorlar yandırılmadığından üçəm uşaqlardan ikisi hava çatışmazlığından küveyzdə boğularaq ölüb. Bunu ölən körpələrin doğmaları deyir. Ölən körpələrin yaxınlarının dediyinə görə, işıqlar sönsə belə generatorlardan istifadə edilməklə vəziyyətdən çıxmaq olardı. Lakin ötən gecə generator yandırılmayıb, hətta doğum şöbəsində onlara məhəl qoyan olmayıb.Məsələyə aydınlı gətirmək üçün Salyan Mərkəzi Xəstəxanasının doğum şöbəsində olduq. Şöbə müdiri İradə Səlimova kamera qarşısında müsahibə verməkdən imtina etdi. Şifahi olaraq bildirildi ki, körpələr dünyaya gələn zaman səhhətlərində problem olub. İki körpə işıqlar sönməmişdən əvvəl dünyasını dəyişib. Digərinin isə vəziyyəti ağırdır. Onu da qeyd edək  ki, üçəmlərdən sağ qalanı Bakıya, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib.İnstitutun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev açıqlamasında deyib ki, bir günlük körpə reanimasiya şöbəsinə yerləşdirilib. Onun sözlərinə görə, körpə bir həftə tez doğulduğundan  ağır vəziyyətdədir. Məsələyə Səhiyyə Nazirliyi də münasibət bildirilib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova mətbuata açıqlamasında qeyd edib ki, 31 həftəlik hamiləlikdən dünyaya gələn üçəmlərin çəkisi çox az olub. Onlara intensiv yardım göstərilib. Bütün yardımlara baxmayaraq, körpələrdən biri 01:00 da, digəri isə 01:10-da tələf olub. Mətbuat xidmətinin əməkdaşı həmçinin bildirib ki, rayonda işıqlar 01:30-da sönüb. Elektrik enerjisinin kəsilməsinin körpələrin ölümü ilə heç bir aidiyyatı olmadığını deyən Səfayə Əhmədova həmçinin qeyd edib ki, xəstəxananın reanimasiya, doğum şöbələrində generatorlar var. Hansı tərəfin haqlı olub-olmadığı rayon prokurorluğunda aparılan araşdırmalardan sonra məlum olacaq.