Bu günə xəbərlərin oxunma sayı: 1075
— 21.06.2016 18:04

Suraxanı rayonunda qətl hadisəsi baş verib

Rayonun Qaraçuxur qəsəbəsində Tural Kazımov həyat yoldaşı 26 yaşlı Maya Kazımovanı qətlə yetirib. Mərhumun əmisinin sözlərinə görə, əri Mayanı boğaraq öldürüb. Tural Kazımov hadisədən sonra özü polisə gələrək könüllü təslim olub. Hadisə yerində prokurorluq və polis əməkdaşları olublar. Qətlin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Cütlüyün birgə nigahdan 3 övladları olub. Hadisə vaxtı onlar qonşuluqda yaşayan babasıgildə olublar. Faktla əlaqədar cinayət işi başlanıb araşdırmalar davam edir.