Bu günə xəbərlərin oxunma sayı: 1059
— 21.06.2016 20:37

Yük maşınlarının akkumulyatorlarına qənim kəsilən şəxs yaxalanıb

Daxil olan çoxsaylı şikayətlərlə Abşeron polisi bu rayonda və paytaxt ərazisində yük maşınlarının akkumulyatorlarına qənim kəsilən şəxsi yaxalayıblar. Saxlanılan 30-dan çox cinayət əməli törətdiyini etiraf edib.

Binəqədi rayon sakini 32 yaşlı Seymur Əliyev ilk oğurluq hadisəsini yaşadığı ərazidən edib. Əsasən gecə saatlarında yol kənarında dayanan yük maşınlarına yaxınlaşan Seymur oğurluğu tək törətdiyini deyir.

Seymur oğurladığı akkumulyatorları yaşadığı evin yanındakı yarımtikilidə saxlayıb. Səhər isə taksi ilə onları Yasamal rayonuna aparıb və satıb.

Qısa müddət ərzində 32 oğurluq hadisəsi törədən Seymur Əliyev əməllərinə görə peşman olduğunu desə də, onun bu peşmançılığı fayda verməyəcək. Çünki barəsində cinayət işi açılıb. Üstəlik onun əməllərindən zərər çəkənlərin sayının artacağı istisna edilmir.

İlham Məmmədzadə