Bu günə xəbərlərin oxunma sayı: 1253
— 20.06.2016 18:39

Saatlıda narkotik tərkibli bitkilər əkib-becərən şəxs yaxalanıb

Saatlı polisi rayonun Mustafabəyli kəndində əməliyyat-axtarış tədbirləri həyata keçirib. Nəticədə kənd sakinlərindən biri narkotik tərkibli bitkiləri əkib-becərdiyinə görə yaxalanıb.

Saatlı rayonunun Mustafabəyli kənd sakini narkotik tərkibli bitki əkib-becərdiyinə görə polis tərəfindən saxlanılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Gülağa oğlu Qəhrəmanovun çətənə kolları əkdiyi məlum olub. Saxlanılan şəxs həmin bitkiləri gizlətməyə çalışsa da polisdən yaxa qurtara bilməyib. Onun həyətyanı sahəsində və evindəki dibçəkdə becərdiyi 27 ədəd çətənə kolu aşkarlanaraq polis tərəfindən götürülüb.

Əvəzağa Məmmədov- istintaq bölməsinin rəisi: “Qəhrəmanov Elnur Gülağa oğlunun evinin arxasında əkdiyi narkotik tərkibli çətənə bitkiləri və eləcə də evində 5 ədəd dibçəkdə yetişdirdiyi 7 ədəd yenə də narkotik tərkibli çətənə kolu götürülmüşdür”.

Bir dəfə məhkumluq həyatı yaşayan Elnur Qəhrəmanov əməlindən peşman olduğunu dilə gətirib.

Elnur Qəhrəmanov- saxlanılan şəxs: “Bu dəfə həqiqətən də qurtardım. Hər şeydən, bugündən sonra qurtardım. Çəkmək üçün əkdim ki, özüm üçün istifadə edim”.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

İlham Məmmədzadə