Bu günə xəbərlərin oxunma sayı: 721
— 19.06.2016 23:32

Tovuzda çaydan meyiti tapılan qadının kimliyi məlum olub (Yenilənib)

Tovuzun Aşağı quşcu kəndindən keçən Əsrik çayında meyiti tapılan qadının şəxsiyyəti məlum olub. Bu, Aşağı quşçu kənd sakini, 17 yaşlı Günay Gülməmmədovadır. Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. 

22:21 olan xəbər:

Tovuzun Aşağı quşcu kəndindən keçən Əsrik çayında qadın meyiti aşkarlanıb. Təxminən 25-30 yaş arası olan qadının meyitini polis tapıb. Naməlum qadın meyiti çaydan çıxarıldıqdan sonra Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Tovuz rayon şöbəsinə aparılıb. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Hazırda hüquq-mühafizə orqanları tərəfindən bu istiqamətdə araşdırma aparılır.

Rahim İbrahimoğlu.