Bu günə xəbərlərin oxunma sayı: 722
— 23.06.2016 20:33

Qazaxda meyiti tapılan qadının kimliyi və qatili məlum olub (Yenilənib)

Qazaxda qətlə yetirilən qadının kimliyi məlum olub. Qazax rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Xanlıqlar kəndi ərazisində tapılan meyitin Gürcüstan vətəndaşı, 19 yaşlı Elmira Tanrıverdiyeva olduğu müəyyən edilib. Onun Qazax sakini, 29 yaşlı Eldəniz Babayev tərəfindən qətlə yetirildiyi məlum olub. Babayev Bakı şəhərində saxlanılıb. Faktla bağlı Qazax rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam etdirilir.

19.06.2016 / 15:01-ə olan xəbər

Qazağın Xanlıqlar kəndində çay kənarındakı kolluqdan hələ ki, şəxsiyyəti müəyyən edilməyən qadın meyiti tapılıb. 25 yaşında olan qadının cəsədi müayinə edilmək üçün Qazax Diaqnostika Mərkəzinin morquna aparılıb. Qeyd edək ki, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilib. Meyitin qarın və burun nahiyəsində əməliyyat izlərinin də olduğu aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Rahim İbrahimoğlu