• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1364
— 16.06.2016 13:58

Son 5 ayda 179 nəfər işlə təmin olunub

Gəncə Şəhər Məşğulluq Mərkəzində fəaliyyət göstərən əmək birjası tərəfindən son 5 ayda 179 nəfər müvəqqəti işlə təmin olunub. 2005-ci ildən fəaliyyət göstərən əmək birjasına mövsümi işlərdə işləmək üçün indiyədək 3449 nəfər müraciət edib. Onlardan da 1936-sı qadın, 1513-ü kişi olub. Bu günədək 6376 nəfər təkrar olmaqla sifarişçilərlə mövsümi işlərdə çalışmaq üçün razılaşıb. Sifariş olunan işlər arasında əsasən aşpazlıq, xadimə, ev işləri xidmətçisi və bağban peşəsi üstünlük təşkil edir. Ay ərzində birjaya 30-a yaxın işçi sifariş olunur. Sifarişçilər əmək birjasına ehtiyac duyduqları işçini əvvəlcədən sifariş verir. Buna cavab olaraq birja qeydiyyatda olan işçilərdən sifarişə uyğun göndərişlər həyata keçirir.

Elton Cabbarlı