• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1304
— 16.06.2016 15:12

“100% Gənclər Şəhəri” layihəsinin nümayəndələri Gəncə ilə tanış olurlar

Heydər Əliyev Mərkəzi və Park Kompleksi, Gənclər Evi, Uşaq Yaradıcılıq Mərkəzi, Məshəti Mərkəzi, Kitab Evi, “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin ofisi. "100% Gənclər Şəhəri" layihəsinin nümayəndələrinin bu məkanlarla tanışlığı əbəs deyil. İtaliya, Portuqaliya, Rumıniya, Bolqarıstan, Latviya, İspaniya və Azərbaycandan olan 11 nəfərdən ibarət komanda Avropanın Gənclər Paytaxtında gənclər üçün yaradılan şəraiti və infrstrukturla bağlı vəziyyəti araşdırır.

Karloş Santoş- "100% Gənclər Şəhəri" layihəsinin koordinatoru: “Bəzən səfərlər zamanı müşahidə edirik ki, gənclər üçün əhəmiyyətli bir mərkəz var, amma istifadə olunmur. Və ya elə yerlər var ki, daha çox üz tutulur. Bunların səbəblərini araşdırırıq, daha yaxşı nəticələr üçün məsləhətlər veririk. Gəncədə yetərli infrastruktur mövcuddur. Gənclər üçün maraqlı və əhəmiyyətli mərkəzlər var. Bu, olmalıdır. Çünki, Gəncə AGP-dir. Amma şəhərinizdə infrastruktura çıxış kimi məsələlərə diqqət yetirilməlidir. Layihə çərçivəsində mövcud infrastrukturdan düzgün istifadə qaydalarıyla bağlı əlimizdən gələn köməklikləri edəcəyik. Alternativ yollar irəli sürəcəyik. Qiymətləndirmə ilə bağlı Gəncənin neçə faizə yaxın olduğunu təxmini bilirik, amma dəqiq göstərici 2017-ci ilin iyununda bəlli olacaq”.

Xəyalə Mürsəl