• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1036
— 18.10.2014 14:35

Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib

Hadisə gecə saat 23:50 radələrində Bakı-Qazax Gürcüstan avtomobil yolunun 455- ci kilometrliyində rayonun Vurğun qəsəbəsi ərazisində qeydə alınıb. 27 yaşlı Şirvan şəhər sakini Orxan Dəmirov idarə etdiyi "Mercedes" markalı avtomobilin idaretməsini itirərək yol kənarında olan reklam lövhəsinə çırpılıb. Zərbənin gücündən dirək iki hissəyə bölünüb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çağrılıb. FHN-nin əməkdaşları alətlər vasitəsilə yaralını əzilmiş avtomobildən xilas ediblər. Sürücü Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Baş verən avtoqəza ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, Orxan Dəmirov Gömrük komitəsinin əməkdaşı olub.