• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2160
— 18.10.2014 14:27

Gəncə şəhərinin su-kanalizasiya xətlərinin yenilənməsi işləri davam etdirilir

Ötən ilin avqust ayından etibarən Gəncə şəhərinin su-kanalizasiya xətlərinin yenilənməsi işləri davam etdirilir. Almaniya İnkişaf Bankı ilə Azərbaycanın birgə həyata keçirdiyi layihə başa çatdıqdan sonra abonentlər 24 saat fasiləsiz olaraq su ilə təmin olunacaqlar.

3 mərhələdən ibarət olan layihənin birinci mərhələsi artıq yekunlaşıb.  Nəticədə şəhərin Dədə Qorqud, Tağı Arani, Nəriman Nərimanov və Əziz Əliyev prospektinin bir hissəsində su-kanalizasiya xətlərinin yenilənməsi başa çatdırılıb. Hazırda layihənin 2-ci mərhələsinə başlanılıb və işlər Gəncə çayının sağ sahilində, Gülüstan qəsəbəsi və Cavadxan qəsəbəsinin bir hissəsində davam etdirilir.

Faiq Ələsgərov- lahiyənin rəhbəri: “Lahiyənin birinci mərhələsində 72 min metr su xəttinin çəkilməsi, 97 min metr isə çirkab su xəttinin çəkilməsi nəzərdə tutulub. Sentyabr ayının sonuna olan göstəricilərə əsasən su xəttinin 56 faizi çirkab, su xəttinin çəkilişi  isə 48 faiz yerinə yetirilib. İşin surətinin artırılması və lahiyənin vaxtında təhvil verilməsi üçün gələcəkdə tikinti sahələrində tikinti biriqadalarının sayı artırılacaq”.    

Dəyəri 125 milyon dollar olan layihənin 3 –cü mərhələsində Gəncədə çirkab suların təmizlənməsi üçün müasir təmizləmə qurğusu quraşdırılacaq. Layihə tam yekunlaşdıqdan sonra abonentlər 24 saat fasiləsiz olaraq içməli su ilə təmin olunacaq.

Elton Cabbarlı