• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1537
— 08.06.2016 10:08

İkonaçıya həsr olunan tamaşa...

Moskva ikonaçəkmə məktəbinin, XV əsr monumental və kitab rəssamlığının ən məşhur və sayılıb-seçilən nümayəndəsi Andrey Rublyovun həyatını canlandıran balet tamaşası hazırlanıb. Əvvəlcə bu tamaşanın din xadimlərini təəccübləndirməsinə səbəb çəkdiyi ikona və freskalarına görə məşhurluq qazanan  Rublyovun baletlə hansı əlaqənin olması olub. Əvvəllər müəyyən anlaşılmazlıq olsa da, sonra hər şey qaydasına düşüb və hazırda yepiskop, Anton Rublyov və onun freskaları ilə bağlı balet truppasına məlumat verir. Qeyd edək ki, ərsəyə gətirdiyi freskaları bu günə qədər də maraqla izlənən rəssam özünün “Müqəddəs üçlük” ikonasını yaradıb.

Tamaşanın müəllifi: “Mən bu ikonaya baxmaq üçün Tretyakov qalereyasında olmuşam. Əsərə baxdıqda rəssam haqqında ilkin təəssüratlara sahib olmaq mümkündür”.

Xoreoqraf  Konstantin Uralskinin fikrincə, 10 ildən artıq bir vaxt sərf edilən tamaşanın ətrafında çox sayda incəsənət nümayəndəsi birləşib. Bundan başqa, klassik baletə bənzəməyən səhnə əsərində teatr xoru da iştirak edəcək.

Konstantin Uralski - xoreoqraf: Biz səhnədə hər şeyi təbii etməliyik, bura rəqslər,dekorasiyalar və digər detallar daxildir. Yalnız bundan sonra tamaşa orijinal ola bilər”.

Layihə müəlliflərinin üzərinə olduqca çətin vəzifələr qoyulub. Tamaşa elə səhnələşdirilməlidir ki, nə kilsə icması ilə inciklik yaransın, nə də tamaşaçılar lazımi informasiyasdan məhrum olsunlar.

Yepiskop: “Təbii ki, bu addım əvvəlcə bizə çox təəccüblü gəldi. Amma müəlliflərlə söhbətimizdən sonra məsələdən kifayət qədər agah olduq”.

Belə görünür ki, artıq yepiskopun özü də bu layihənin bir hissəsidir. Tamaşanın premyerası isə digərləri kimi onun üçün də maraqlıdır. Müəlliflər səhnə əsərinin maraqlı olacağını düşünürlər.

Eşqin Zahid