
İstintaqın məlumatına görə, 34 yaşlı Bakı sakini Elşən Əlizadə bu ilin mayında Balaxanı qəsəbəsində 200 kv. metr torpaq sahəsini Nisə Rəhimovaya satacağını bildirsə, də onu aldadıb. O, etibardan sui-istifadə edərək, Nisə Rəhimovadan 4000 manat alıb. İki ay sonra - 2014-cü ilin iyulunda Elşən Əlizadə daha bir qadını 200 kv. metrlik torpaq sahəsini satmaq adı ilə aldadıb. O, bu dəfə Narözə Məmmədovadan 5500 manat alıb. Amma sonra məlum olub ki, həmin torpaq sahəsi Elşən Əlizadənin mülkiyyəti deyil və Azərbaycan Dövlət Neft Şirkətinin balansındadır. Zərəçəkmi qadınlar pullarını geri ala bilmədiklərindən, polisə müraciət ediblər. Elşən Əlizadəyə qarşı Cinayət Məcəlləsinin dələduzluq maddəsinin iki hissəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
- Baxış: 869