Bu günə xəbərlərin oxunma sayı: 1754
— 17.10.2014 18:45

Azərbaycan prezidenti İlham Əliyev 84 nəfərə şamil olunan əfv haqqında sərəncam imzalayıb

Sərəncamla azadlığa çıxanlar arasında 3 nəfər qadın, həmçinin 5 nəfər xarici ölkə vətəndaşı da var. Eləcə də Gəncə şəhəri Nizami rayon məhkəməsinin 2014-cü il 14 iyul tarixli hökmü ilə məhkum edilən Həsən Yəhya oğlu Hüseynli də azadlığa buraxılıb. Sərəncam məhkum olunan bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə Müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanan əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq, humanizm prinsiplərinə əsaslanaraq imzalanıb.