• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2235
— 17.10.2014 19:23

Samuxda qohumu tərəfindən bıçaqlanan şəxs dünyasını dəyişib

Samuxda bıçaqlanan şəxs Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib. 

Belə ki, oktyabrın 15-də Samux şəhərində şəhər sakini Sirac Abbaszadə münaqişə zəminində qohumu Zabit Xəlilova bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb əməliyyat olunsa da həkimlər onun həyatını xilas edə bilməyiblər. Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Sirac Abbaszadə tutlaraq istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi qaldırlıb, araşdırma aparılır.