• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1013
— 17.10.2014 18:23

Bakıda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Hadisə şahidinin  verdiyi xəbərə görə,  Binəqədi rayonu ərazisində, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin qarşısında “Jeep” markalı  və “NazLifan” markalı avtomobillər toqquşub. Güclü zərbədən aşan  “Jeep” markalı avtomobildə yanğın baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və təcili yardım cəlb olunub. “Jeep” markalı avtomobildə başlayan yanğın tez bir zamanda yanğınsöndürənlər tərəfindən söndürülüb. Məlumata görə, qəza nəticəsində “NazLifan” markalı avtomobildə olan qadın sərnişin hadisə yerində dünyasını dəyişib. Xilasedicilər xüsusi avadanlıqlar vasitəsilə qadının cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Hər iki avtomobilin sürücüsü müxtəlif xəsarətlərlə xəstəxanaya aparılıb. Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırmalar aparılır.