• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1011
— 17.10.2014 17:41

Lənkəranda mina həyəcanı yaşanıb

FHN-nin Cənub Regional İdarəsinin əməkdaşları tərəfindən aşkarlanan 3 ədəd tank əleyhinə mina partladılaraq zərərsizləşdirilib.

Minalar dəniz sahilində, 10-saylı yanalma körpüsünün yaxınlığında Dövlət Sərhəd Xidmətinin əməkdaşı Yusif Həsənov tərəfindən aşkarlanıb. Bu barədə FHN-nin Cənub Regional İdarəsinə məlumat verilib. Əraziyə dərhal hüquq - mühafizə orqanları,  Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları və Sərhəd Qoşunlarının hərbi qulluqçuları cəlb olunublar. Əraziyə baxış keçirildikdən sonra əməliyyat şəraiti qiymətləndirilməklə lazımi təhlükəsizlik tədbirləri görülüb. Xüsusi riskli xilasedici qrup ərazini hasarlayaraq, yaxınlıqdakı vətəndaşları hadisə yerindən uzaqlaşdırılıb. Hüquq - mühafizə orqanlarından verilən məlumata görə, tapılan minaların hər üçü işlək vəziyyətdə olub. Aşkarlanmış minalar xüsusu təhlükəsizlik qaydalarına riayət olunmaqla, partladılaraq zərərsizləşdirilib.

Dəniz sahilində tapılan minalar ilk belə fakt deyil. Bundan əvvəl də bu ərazilərdə minalar aşkarlanıb. Səbəb isə ərazinin vaxtı ilə sovet ordusunun hərbi hissəsi və poleqonu olmasıdır.