• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1309
— 17.10.2014 17:43

Sumqayıt polisi axtarışda olan şəxsi ələ keçirib

Araşdırma zamanı məlum olub ki, Zöhrab İlyasov törətdiyi əməldən sonra düz 8 ay polisdən gizlənməyə müvəffəq olub.

Zöhrab İlyasov ötən ilin noyabr ayında dostu ilə birlikdə “Opel” markalı avtomobil qaçırıblar. Zöhrabın dostu Hacı Zairov həmin vaxt polis tərəfindən saxlanılıb.

Polis tərəfindən saxlanılan Zöhrab İlyasov avtomobil qaçırmalarını etiraf edib. O, axtarışda olduğu 8 ayda 5 rayonda gizlənib.

Faktla əlaqədar cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.