• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1010
— 17.10.2014 17:35

Bakının Sabunçu rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Sabunçu rayonunun Maştağa qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə qəsəbənin Xanlar küçəsində qeydə alınıb.

"Mersedes" markalı minik avtomobili ilə Buzovnadan Maştağa istiqamətində hərəkətdə olan Nizami Quliyevin qarşısına qəflətən 2 piyada çıxıb. O, piyadalardan birini vurub. Hələlik kimliyi bilinməyən piyada aldığı xəsarətdən hadisə yerində keçinib. Hadisədən dərhal sonra əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunublar. Hadisə yerinə baxış keçirilib. Meyit isə müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin  Sabunçu Rayon Şöbəsinə göndərilib.

Qəzanı törədən avtomobil evakuator vasitəsilə cərimə meydançasına aparılıb. Sürücü Nizami Quliyev izahatının alınması üçün rayon polis idarəsinə dəvət olunub.

Faktla bağlı cinayət işi başlanıb.

Qəzanın hansı şəraitdə baş verdiyi dəqiqləşdirilir.