• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3018
— 17.10.2014 14:56

Gəncəli boksçu dünya kəməri uğrunda reytinq görüşündə qalib gəlib

Azərbaycanı peşəkar rinqdə təmsil edən Şahlar Nağıyev növbəti reytinq görüşünü keçirib. Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının yetiməsi olan Şahlar Nağıyev bu dəfə Almaniyanın paytaxtı Berlində rinqə çıxıb.

Məğlubiyyətin nə olduğunu bilməyən dəri əlcək ustası sonuncu döyüşünü də üzüağ başa vurub. Dünya kəməri uğrunda reytinq görüşündə 66 kq-da vuruşan təmsilçimiz qanalı Kvoku Opoku ilə qarşılaşıb. Rəqibinin güclü olmasına baxmayaraq Nağıyev mübarizədən qalib ayrılıb. 

Bu ilin sonunadək Şahlar daha iki döyüş keçirəcək. Görüşlərdən biri Almaniyada, digəri isə Bakıda baş tutacaq.

Bildirək ki, 2011-ci ildən peşəkar rinqdə çıxış edən Şahlar Nağıyev bu günədək 10 döyüş keçirib. İdmançı 8-i nakaut, 2-si isə xal hesabı ilə olmaqla görüşlərin hamısında qələbə qazanıb.

Orxan Cəfərzadə