Bu günə xəbərlərin oxunma sayı: 1390
— 17.10.2014 14:45

GDU və ATU-da Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

Gəncə Dövlət Universiteti və Azərbaycan Texnologiya Universitetində 18 oktyabr - Dövlət Müstəqillik Gününə həsr olunan tədbir keçirilib. Bu günün tarixi, müstəqilliyimizin keçdiyi inkişaf yolundan ətraflı danışılıb.

Gəncə Dövlət Universitetinin akt zalında keçirilən tədbirdə müstəqil dövlətçiliyin qurulmasında ümummilli lider Heydər Əliyevin xidmətləri, 18 oktyabrın–Azərbaycan tarixində yeri, davamlı siyasi və iqtisadi inkişaf müstəqilliyimizin qarantıdır mövzuları ətrafında çıxışlar olub.  23 il öncə XX əsrdə inkici dəfə müstəqillik əldə edilməsi və qorunaraq saxlanılması qürurla vurğulanıb.

Asif Cavadov- GDU-nun prorektoru: Bu gün Azərbaycan xalqı özünün müstəqil dövlətini qurub. Bu dövlət getdikcə möhkəmlənir və çox fərəhləndirici haldır ki, müstəqil Azərbaycan dövləti güclü dövlətlərlə bir yerdə addımlayır”.

Azərbaycan Texnologiya Universitetində keçirilən tədbirdə isə həmin dövrdə Azərbaycanın parçalanmaq təhlükəsi ilə üzbəüz olduğu, ancaq ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Dövlət Müstəqilliyimizin dağılmaq, məhv olmaq təhlükəsindən azad olduğu diqqətə çatdırılıb. Tədbirin davamında universitetin  tələbələrdən ibarət özfəaliyyət dərnəyinin ifasında konsert proqramı keçirilib.

Elnur Vahidoğlu