• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1941
— 17.10.2014 12:51

Samuxun Qarayeri qəsəbəsində daşqın sularının qarşısını almaq məqsədilə bənd salınır

Payız fəslinin gəlişi ilə yağmurlu havaların artması aidiyyatı orqanları hərəkətə gətirib. Çayətrafı rayonlarda yarana biləcək problemlərin aradan qaldırılması istiqamətində bəndbərkitmə işlərinə başlanılıb. Samux rayonunun Qarayeri qəsəbəsində bu işlər sürətləndirilib.

Qarayeri qəsəbəsinin ərazisindən keçən Quşqara çayında bu gün elə bir təhlükə yaranmasa da yaxın aylarda yarana biləcək problemin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir. Çay dəfələrlə daşıb və ətrafda yerləşən evlərin zirzəmisi su altında qalıb. Bu kimi problemlərin yaşanmaması üçün ağır texnikalardan istifadə edilərək daşqın sularının qarşısını ala biləcək bənd salınır.

Nizami ƏIəsgərov- Qarayeri qəsəbə bələdiyyəsinin sədri: “Son iki, üç ildə Quşqara çayında bəndbərkitmə işləri həyata keçirilir. Bunun nəticəsidir ki, keçən il çay gələndə bir o qədər fəsadlar törətmədi. Gördüyünüz kimi biz çalışırıq, texnikalarımız işləyir. Harada zəif bəndlər varsa ora bərkidilir ki, çay gələndə fəsadlar törətməsin. Bundan əvvəl bizim neçə hektarlarla ərazimiz sular altında qalırdı”.

Bənd salınan ərazilər rayon icra hakimiyyətinin mütəxəssisləri tərəfindən müəyyən olunub və nəzarətdə saxlanılır.  

İlham Məmmədzadə