• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 1579
— 25.05.2016 15:38

Göygöl rayonunda 48 mindən çox şəxs tibbi müayinədən keçib

Qan və qanyaradıcı xəstəliklər, tənəffüs sistemi xəstəlikləri, göz, hamiləlik və zahılıq dövrünün xəstəlikləri Göygöl rayonunda ən çox rast gəlinən xəstəliklər sırasındadır. 62 mindən çox əhalinin yaşadığı rayonda məcburi dispanserizasiyaya cəlb edilənlərin müayinəsinin nəticəsi belə deməyə əsas verir. 48 min 241 nəfərdən 8590 nəfəri ambulator, 839-u isə stasionar müalicəyə cəlb olunub. 21 nəfər ətraflı müayinə və müalicə üçün paytaxt Bakıya göndərilib. Bu il həmçinin rayon üzrə nikaha girən 464 cütlükdən cəmi birinin talassemiya daşıyıcısı olduğu aşkar edilib.

Vüsalə Camal