• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1672
— 25.05.2016 10:08

“Qeyd analiz” aparatı...

Həştərxanlı həndbolçu Kristina Tarasova 10 illik idman karyerasında böyük zədələr almasa da, yaranan kiçik zədəni özü həll edəcəyinə qərar verib. Lakin o, ağrıdan tam azad ola bilməyib.

Kristina Tarasova- həndbolçu:  “Bu yaxınlarda məşq zamanı topuğumu incitdim.  Xalq təbabəti ilə sağaldığını düşünsəm də, oyun meydanına çıxanda yenidən ağrılar yaranmağa başladı”.

Mütəxəssislərin fikrincə, kiçik zədələrin böyük problemlərə çevrilməsi gözlənilən haldır. Bu zədələrin təyin olunması isə həkim və ya rentgen aparatından daha yaxşı skaner aparatı vasitəsilə müəyyən oluna bilər. Xüsusi avadanlıqlardan ibarət olan bu cihaz hər bir hərəkəti qeyd edərək, həkimlərə diaqnostika məsələlərində kömək edir.  İdmançının bədəninə 40-a yaxın şüaqaytarıcı quraşdırıldıqdan sonra, o, yeriş sahəsinə yaxınlaşır. 7 dəfə bu sahədə hərəkət etdiyi müddətdə 12 ədəd xüsusi təyinatlı kamera pasiyentin bütün hərəkətlərini qeydə alır. Müəyyən olunan hər bir hərəkət  3 D formatında monitorlara ötürülür. Beləliklə, insan səhhətində özünü göstərən problemlər vaxtında müəyyən edilir.

Mütəxəssis: “Cihaz müalicənin nəticələrini qeyd edir. Əgər müsbət irəliləyiş varsa, müalicə dayandırılır. Əks halda hər şey yenidən başlamalıdır”.

“Qeyd analiz” adlanan bu cihaz qərbdə 20 ildən çoxdur ki, istifadə olunsa da, Rusiyaya son dönəmlərdə gəlib çıxıb. Britaniya ixtirası sayılan aparatdan Həştərxanlı mütəxəssislər 2011-ci ildən yararlanırlar. “Həştərxan” həndbol komandasının terapevti də həmin mütəxəssislərdəndir.

Terapevt: “Müasir diaqnostika cihazı bizə bütün növ zədələri vaxtında müəyyən və müdaxilə etməyə imkan verir. Beləliklə, biz idmançılarımızı daha qısa müddətə sağalda bilirik”.

İdmançının topuğundakı problemə gəldikdə isə təhlillər göstərdi ki, zədə elə də ciddi deyil. Ona tətbiq olunan bir neçə seans fizioloji müalicədən sonra həndbolçu yenə də peşəkar karyerasına davam edə biləcək.

Eşqin Zahid