• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1603
— 23.05.2016 10:11

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçiləri peşə bayramlarını qeyd edirlər

Ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, hidrometeorologiya, geologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirmək məqsədilə Ümummilli Lider Heydər Əliyevin 23 may 2001-ci il tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. 2007-ci il 16 may tarixində isə prezident İlham Əliyev tərəfindən may ayının 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramının təsis edilməsi haqqında sərəncam imzalanıb.

Nazirlik ekologiya, təbii sərvətlərdən səmərəli istifadə, bir çox sahələrdə xüsusi xidmətlər göstərir, o cümlədən ətraf mühitin mühafizəsi istiqamətində  tədbirlər, ardıcıl ekoloji siyasət həyata keçirir.

Zaur Hümbətov-ekoloq: “Adıçəkilən nazirlik MDB dövlətləri arasında, hətta bir sıra ölkələr içərisində ən önəmli nazirliklərdən biridir. Çünki bu nazirliyin çox işgüzar şöbələri var. Bu lazımlı şöbələrdən biri də monitorinq şöbəsidir. Bu şöbə Azərbaycanda müxtəlif yerlərdə monitorinq edərək, baş verən ekoloji durum haqqında proqnozlar verir. Onlar alimlərlə mütəmadi olaraq iclaslar keçirir, konfranslar təşkil edir”.

Qeyd edək ki, 2001-ci il 18 sentyabr tarixli “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”yə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi - Azərbaycan Respublikası ərazisində təbiətdən səmərəli istifadənin təşkili və digər sahələrdə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 

Elə bu minvalla, əhalinin ekoloji maarifləndirilməsi çərçivəsində hazırlanan xüsusi elektron materiallar ölkəmizdə mövcud olan ekoloji problemlər, ekoloji siyasətin əsas istiqamətləri barədə kifayət qədər informasiya almaq imkanı yaradır.

Eşqin Zahid