• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1718
— 21.05.2016 10:09

Vera Xlebnikova...

Birinci dünya müharibəsi ərəfəsində təhsilini tamamlayaraq, Həştərxana gələn Vera Xlebnikova burda yaradıcılıqla məşğul olmağa başlayır. Yağlı boya və akvarel olmadığından o, rəsmlərini sadə karandaşla çəkməyə məcbur olur. Bütün çətinliklərə baxmayaraq, Xlebnikova uğurlu sənət əsərləri yarada bilir. 14-ə yaxın rəsm nümunəsi isə bu mükəmməl irsin əsasını təşkil edir.

Yelena Lapşiyeva - “Həştərxan Rəsm və Şəkil qalereyası”nın elmi işçisi:  “Rəssamın bir çox əsəri var ki, onların qorunması və təhlükəsizliyi üçün nümayiş etdirə bilmirik. Bundan başqa, qalereyamızın sahəsi də buna imkan vermir. Ona görə də, Xlebnikovanın ən məşhur əsərləri nümayiş olunur”.

Qeyd edək ki, 100 ilə yaxın mühafizə olunan bu rəsmlər son zamanlar nümayiş etdirilməyə başlayıb. Tarixçilər bildirir ki, Vera Xlebnikovanın yaradıcılığında onun qardaşı “gümüş əsrin klassiki” Vlemir Xlebnikovun da böyük rolu var. Onun yaratdığı kalmık ornamenti və şaman təsviri qardaşının qələmə aldığı “Şaman və Venera” poemasının əsas illüstrasiyası sayılır.

Aleksandr Mamayev - Vera Xlebnikovanın ev-muzeyinin böyük elmi işçisi: “Şərq mövzusu Vera Xlebnikovanın yaradıcılığına təhsil aldığı illərdə daxil olub. Hətta, rəssam anasına yazdığı məktubda zəngin kalmık qəlbinə sahib olduğunu və orda ucsuz-bucaqsız çöllərin mövcudluğunu qeyd edirdi”.

Bu evdə yaşadığı 8 il müddətində o, əvvəllər xarici əsərləri, xüsusən də hind ədəbiyyatını tərcümə etsə də, sonralar özü də hekayələr yazıb. Onun “Tif çarı”, “Həbsxana” hekayələri yaşadığı dövrü təcəssüm etdirir. Bu əsərləri oxuyanların fikrincə, o dövr haqqında məlumatı tarixin qalın kitablarından deyil, bu hekayələrdən öyrənmək daha yaxşıdır.

Eşqin Zahid