• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1766
— 20.05.2016 18:33

Bakıda və Salyanda yanğın hadisəsi baş verib

Elektrik naqillərində qısa qapanma. Paytaxtda baş verən yanğınlardan birinin səbəbi belədir. Digər hadisənin nədən qaynaqlandığı isə araşdırmalarla bilinəcək. Salyanda da alışan evin dam örtüyü yararsız hala düşüb.

Bakı şəhəri Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evdə yanğın olub. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb edilib. Onların müdaxiləsi ilə alovun qarşısını almaq mümkün olub. İlkin ehtimallara görə, hadisəyə elektrik naqillərində qeydə alınan qısa qapanma səbəb olub.

Paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan 4 otaqlı mənzilin dəhlizində yanğın baş verib. Alovu qısa bir zamanda ram etmək mümkün olub.

Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli, 1 otaqlı evin dam örtüyünün konstruksiyaları yanıb. Alovun qonşu tikililərə keçməsinin qarşısını FHN əməkdaşları alıblar.