• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1750
— 20.05.2016 20:33

Əfqanıstanda qəzaya uğrayan An-12 yük təyyarəsinin həlak olan 7 heyət üzvünün cəsədi Bakıya gətirilib

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı məlumata görə, zəruri məhkəmə-tibbi ekspertizası aparılır. Təyyarənin “qara qutuları” Bakıya gətirilib və onların vəziyyəti qənaətbəxş qiymətləndirilir. “Qara qutuları” Azərbaycan tərəfi ilə Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri birlikdə oxuyacaq. Komissiya üzvləri hadisə yerində təhqiqatı davam etdirirlər. Xatırladaq ki, qəzaya uğrayan təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülüb. Təyyarə Dvayerə hərbi aerodromuna Baqrandan gəlib və yanacaq doldurmaq üçün Türkmənistanın Marı şəhərinə yola düşərkən qəzaya uğrayıb. Hadisə baş verərkən göyərtədə yük olmayıb. Ilkin ehtimala görə, təyyarənin qanadı havaya qalxarkən yerə dəyib. Göyərtədə 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı olub. Sağ qalan iki Ukrayna vətəndaşının vəziyyəti qənaətbəxşdir .