• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2992
— 17.10.2014 00:17

Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub

Ötən gün axşam saatlarında Gəncədə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Hadisə axşam saat 23:00 radələrində Gəncə-Göygöl avtomobil  yolunun Gülüstan qəsəbəsi ərazisindən keçən hissəsində baş verib. Əslən Kəlbəcər rayonundan olan məcburi köçkün, hazırda Tərtər rayonunda müvəqqəti  qeydiyyatda olan  53 yaşlı Bəkir Nəcəfov yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub.

Yaralı dərhal Gəncə şəhər TTYX-nın travmatalogiya şöbəsinə çatdırılıb.

Rafael Əsədov- həkim: “Xəsarət alının, sifətin, burunun çoxsaylı əzilmiş-sıyırılmış yaraları, yuxarı ətrafların, sol dizin çoxsaylı sıyırıqları var. Hal-hazırda xəstə stasionarda müalicəsini davam etdirir”.

Qeyd edək ki, Bəkir Nəcəfov tüfeyli həyat tərzi sürür. Həkimlərin sözlərinə görə, o, xəstəxanaya gətirilərkən ağır dərəcəli sərxoş olub.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

 

Elton Cabbarlı