Bu barədə Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının rəisi Arif Məmmədov bildirib. Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatlar toplanır. Xarici Işlər Nazirliyi məsələnin aydınlaşdırılması istiqamətində danışıqları davam etdirir. Hərbi müdaxilə ilə qəzanın baş verməsi ehtimalına birləşmiş ştatlar hərbçiləri də münasibət bildiriblər.
Azərbaycanın “SilkWay” aviaşirkətinə məxsus AN-12 yük təyyarəsinin Əfqanıstanda qəzaya uğramasının təfərrüatları açıqlanır. Mayın 18-də yerli saatla gecə 3-ün yarısında Helmand vilayətindəki Kamp Duayer hərbi aerodromundan Türkmənistanın Mari şəhərinə hərəkət edən təyyarə havaya qalxarkən qəzaya uğurayıb. Əfqanıstandakı ABŞ hərbi komandanlığından “Associated Press”ə verilən məlumata görə karqo təyyarəsinın qanadlarından biri uçuş zolağına sürtünüb.
Qəza ilə bağlı Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı məlumatda ekipajın adları açıqlanıb. Onların 5-i
Azərbaycan vətəndaşıdır. Heyətə həmçinin 3 Ukrayna, 1 Özbəkistan vətəndaşı daxildir. Hadisə nəticəsində sağ qalan Ukrayna vətəndaşları - texniklər Qanja Andrey və Əliyev Rəmzi tibbi yardım üçün Qəndahar aerodromuna gətirilib, onların vəziyyəti qənaətbəxşdir. Hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının şöbə rəisi Muxtar Kərimovun sədrlik etdiyi komissiya üzvləri Əfqanıstana, Duayer hava limanına yola düşüb.
Xarici İşlər Nazirliyi “SilkWay” aviaşirkəti ilə əlaqəli şəkildə Əfqanıstanın Xarici İşlər Nazirliyi və Bakıdakı səfirliyi, eləcə də Əfqanıstana akkreditə olunmuş Azərbaycanın Türkmənistandakı səfirliyi Əfqanıstan tərəfi ilə təmasdadır. Nazirlikdən verilən məlumatda bildirilir ki, hadisə ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatlar toplanır və digər zəruri tədbirlər görülür.
İlham Məmmədzadə
- Baxış: 566